Bakı sakininin şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb

Bakı sakininin şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb Əməliyyatı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları keçiriblər
Hadisə
127
21 Avqust , 2017 12:55
Bakı sakininin şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Bakı şəhər sakinindən şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pul alan şəxs saxlanılıb. 

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi