Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda evə basqın olub. “Report”un xəbərinə görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan 52 yaşlı Vaqif Alışovun evinə maskalı şəxslər hücum ediblər.
Basqınçılar ev sahibinin əl-qolunu bağlayaraq ondan pul tələb ediblər. Evdə pul tapa bilməyən şəxslər ev sahibini döydükdən sonra oranı tərk ediblər.
Faktla bağlı araşdırma aparılır.