Bakı sakininin evində iki kiloqramdan artıq narkotik aşkar olunub

Bakı sakininin evində iki kiloqramdan artıq narkotik aşkar olunub Məmməd Məmmədovun həyatyanı sahəsindən isə 2 315 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Hadisə
14 May , 2016 12:07
Bakı sakininin evində iki kiloqramdan artıq narkotik aşkar olunub

Bakı. 14 may. REPORT.AZ/ Bakı sakininin evində iki kiloqramdan artıq narkotik aşkar olunub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun evinə baxış zamanı 2 kiloqram 516,94 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə 2 315 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi