Bakı. 24 mart. REPORT.AZ/ Bakı sakininin cibindən pul oğurlanıb.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Bakı şəhər sakini Cavid Abbasovun cibindən 900 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elvin Misirov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.