Bakı sakininin avtomobilindən silah aşkarlanıb

Bakı sakininin avtomobilindən silah aşkarlanıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
393
12 Yanvar , 2015 10:29
Bakı sakininin avtomobilindən silah aşkarlanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı sakininin avtomobilindən silah aşkarlanıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 1959-cu il təvəllüdlü Tofiq Həsənova məxsus “KIA” markalı avtomobildən 16 kalibirli "İJ" modelli lüləsi və qundağı kəsilən ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ) maddəsi ilə cinayət işi başlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi