Yuxarı
    Bağlamaq

    Bakı sakininin 20 manatını alan 4 nəfər tutulub

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 12 avqust. REPORT.AZ/ Bakı sakininin 20 manatını alan 4 nəfər tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan şəxs Bərdə rayon sakini Şəhriyar Hüseynovu bıçaqla hədələyib 20 manatını alıb.

    Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakinləri Tural Mustafayev, Cahandar Pərvaniyev, Bərdə rayon sakini Ayxan Hüseynov və Biləsuvar rayon sakini Emil Məmmədov tutulublar.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi