​Bakı sakinini "Vinçestr”lə vuran şəxsin məhkəməsi təxirə salınıb

​Bakı sakinini "Vinçestr”lə vuran şəxsin məhkəməsi təxirə salınıb Növbəti iclas iyulun 11-nə təyin edilib
Hadisə
6 İyul , 2016 16:04
​Bakı sakinini Vinçestr”lə vuran şəxsin məhkəməsi təxirə salınıb

Bakı. 6 iyul. REPORT.AZ/ Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və odlu silahla hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vəli İsa oğlu Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Bu barədə "Report"a zərərçəkmiş Sənan İsmayılovun hüquqlarınıı müdafiə edən vəkil Bəxtiyar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hakim Ceyhun Qədirovun sədrliyi ilə keçiriləcək növbəti iclas iyulun 11-nə təyin edilib.

B.Hacıyev bildirib ki, zərərçəkmişə dəymiş maddi ziyan məhkəmə tərəfindən təqsirləndirilən şəxsdən tutulub, hüquqlarını müdafiə etdiyi şəxsə ödənilməlidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) 2015-ci il oktyabr ayının 21-də yaydığı məlumatına görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini S.İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçestr" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

Suraxanı Rayon Prokurorluğunda V.Əhmədov barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Daha sonra Suraxanı Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin sonradan CM-nin 29, 120.1-ci maddəsi 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələrinə töfsif olunub. 

Son xəbərlər

Orphus sistemi