Bakı sakinini öldürüb bacısını bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı sakinini öldürüb bacısını bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
31 Mart , 2017 09:46
Bakı sakinini öldürüb bacısını bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakı sakinini öldürməkdə, bacısını isə bıçaqlamaqda təqsirləndirilən Fidani İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.İsmayılovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il avqustun 21-də Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini F.İsmayılov münaqişə zəminində ona və qadının qardaşı Anar Məmmədova bıçaqla xəsarət yetirib. Daha sonra F.İsmayılov hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

F.İsmayılov ilkin ifadəsi zamanı Ə.Məmmədova ilə aralarında mübahisə yarandığını deyib. Onun sözlərinə görə, mübahisəyə səbəb Ə.Məmmədovanın qardaşı A.Məmmədovla onun icazəsi olmadan dənizə getməsi olub. Əfsanənin evinə gələn Fidani qapının bağlı olduğunu görüb əsəbiləşib.

Qətli törədən F.İsmayılov ailəlidir, himayəsində iki azyaşlı övladı var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi