Bakı sakinini öldürüb bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı sakinini öldürüb bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib İş hakim Novruz Kərimovun icraatına verilib
Hadisə
20 Dekabr , 2016 15:33
Bakı sakinini öldürüb bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı sakinini öldürməkdə, bacısını isə bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, Fidani İsmayılovun cinayət işi üzrə Binəqdi Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Novruz Kərimovun icraatına verilib. İşə yaxın günlərdə baxılacaq.

Hadisə bu il avqustun 21-də Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini F.İsmayılov münaqişə zəminində ona və qadının qardaşı Anar Məmmədova bıçaqla xəsarət yetirib. Daha sonra F.İsmayılov hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

F.İsmayılov ilkin ifadəsi zamanı Ə.Məmmədova ilə aralarında mübahisə yarandığını deyib. Onun sözlərinə görə, mübahisəyə səbəb Ə.Məmmədovanın qardaşı A.Məmmədovla onun icazəsi olmadan dənizə getməsi olub. Əfsanənin evinə gələn Fidani qapının bağlı olduğunu görüb əsəbiləşib.

Qətli törədən F.İsmayılov ailəlidir, himayəsində iki azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi