Bakı sakinini öldürüb bacısını bıçaqlamaqda təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı sakinini öldürüb bacısını bıçaqlamaqda təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
26 Yanvar , 2017 17:45
Bakı sakinini öldürüb bacısını bıçaqlamaqda təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakinini öldürməkdə, bacısını isə bıçaqlamaqda təqsirləndirilən Fidani İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.İsmayılov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il avqustun 21-də Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini F.İsmayılov münaqişə zəminində ona və qadının qardaşı Anar Məmmədova bıçaqla xəsarət yetirib. Daha sonra F.İsmayılov hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

F.İsmayılov ilkin ifadəsi zamanı Ə.Məmmədova ilə aralarında mübahisə yarandığını deyib. Onun sözlərinə görə, mübahisəyə səbəb Ə.Məmmədovanın qardaşı A.Məmmədovla onun icazəsi olmadan dənizə getməsi olub. Əfsanənin evinə gələn Fidani qapının bağlı olduğunu görüb əsəbiləşib.

Qətli törədən F.İsmayılov ailəlidir, himayəsində iki azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi