Bakı sakinini öldürməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayır

Bakı sakinini öldürməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayır Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
19 Oktyabr , 2016 09:46
Bakı sakinini öldürməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayır

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı sakinini öldürməkdə təqsirləndirilən Tural İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

İşə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprel ayının 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Daha sonra R.Mirzəyev orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi