Bakı sakinini hədələyərək pulunu alan şəxslər tutulub

Bakı sakinini hədələyərək pulunu alan şəxslər tutulub Hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb
Hadisə
18 May , 2016 11:57
Bakı sakinini hədələyərək pulunu alan şəxslər tutulub

Bakı. 18 may. REPORT.AZ/ Bakı sakinini hədələyərək pulunu alan şəxslər tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, mayın 17-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Şahin Kərimov, Vahid Şirinov və Elvin Abbaszadə tutulub, digər şəxslər isə müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi