Yuxarı

Bakı sakinini hədələyərək pul alan şəxslər tutulub

Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı sakinini hədələyərək pul alan şəxslər tutulub. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib.

Belə ki, Bakı şəhər sakini Ramil Məmmədovdan hədə-qorxu gələrək 5000 manat tələb etmiş Cəlilabad rayon sakinləri Mahir Rzayev və Şamo Cəfərov pulun bir hissəsini Nərimanov rayonu ərazisindəki parkda ondan alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi