Bakı. 25 avqust. REPORT.AZ/ Bakı şəhər sakinini bıçaqla hədələyərək pulunu alan şəxslər tutulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.