Bakı sakinini döyərək pulunu götürən şəxslər saxlanılıb

Bakı sakinini döyərək pulunu götürən şəxslər saxlanılıb Bakı. 9 iyul. REPORT.AZ/ Bakı sakinini döyərək pulunu götürən şəxslər tutulub.
Hadisə
9 İyul , 2018 15:06
Bakı sakinini döyərək pulunu götürən şəxslər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Bakı sakinini döyərək pulunu götürən şəxslər tutulub.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi