Bakı sakinini döyərək 3000 manat pulunu alan dəstə üzvlərinə hökm oxunub

Bakı sakinini döyərək 3000 manat pulunu alan dəstə üzvlərinə hökm oxunub Bakı. 1 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
1 Mart , 2019 11:04
Bakı sakinini döyərək 3000 manat pulunu alan dəstə üzvlərinə hökm oxunub
Report

Bakı. 1 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Həmid Allahverdiyev, Murad Əliyev Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü H.Allahverdiyev 10 il, M.Əliyevlə C.İsmayılov isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, ötən ilin aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini Taleh Həşimov həmin gün saat 1:00 radələrində qəsəbə ərazisində dörd naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.

Araşdırmalarla onların Bakı şəhər sakinləri H.Allahverdiyev, M.Əliyev və əvvəllər məhkum olunmuş C.İsmayılov olduqları müəyyən edilib.

Məlum olub ki, dəstə üzvü H.Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib.

Daha sonra bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.

Son xəbərlər

Orphus sistemi