​Bakı sakinini bıçaqlayan şəxsin cəzası yüngülləşdirilib

​Bakı sakinini bıçaqlayan şəxsin cəzası yüngülləşdirilib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib
Hadisə
12 Aprel , 2016 14:58
​Bakı sakinini bıçaqlayan şəxsin cəzası yüngülləşdirilib

Bakı. 12 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Bayramov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, V.Bayramovun cəzası 4 il 6 aydan 3 ilə endirilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında baş verib. V.Bayramov Bakı şəhər sakini Səbuhi Muradova bıçaqla ağır bədən xəsarəti yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bayramov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

2016-cı il yanvar ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Bayramov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi