Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub Məhkəmə başa çatıb
Hadisə
25 Yanvar , 2016 11:20
Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda və xuliqanlıqda təqsirləndirilən Azər Məhərrəmovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A. Məhhərəmov 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edə ki, hadisə 2015-ci ilin aprel ayında baş verib. Bakı şəhər sakini Heydər Məhərrəmov naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün H.Məhərrəmovun həyatını xilas etmək mümkün olub. Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şəmkir rayon sakini Azər Məhərrəmov tutulub.

Son xəbərlər

Orphus sistemi