Bakı sakinini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsində polis əməkdaşı ifadə verib

Bakı sakinini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsində polis əməkdaşı ifadə verib Məhkəmənin növbəti iclasında digər şahidlər dindiriləcək
Hadisə
28 Avqust , 2017 18:24
Bakı sakinini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsində polis əməkdaşı ifadə verib
Report.az

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Rəcəb Yavərli ifadə verib.

O, hadisə günü həmin ərazidə xidmətdə olduğunu deyib: "Çoxlu adamların yığışdığını gördük. Yaxınlaşan zaman dedilər ki, hadisəni mağazada işləyən Zaur törədib. Yaralını isə artıq xəstəxanaya aparmışdılar. Sonra Zaurun ünvanını soruşduq, ora getdik".

Məhkəmənin növbəti iclasında digər şahidlər dindiriləcək.

Qeyd edək ki, hadisə bu il mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsində, "Stansiya" adlanan ərazidə baş verib. Həmin gün Bakı şəhər sakinləri Z.İsmayılov və Rövşən Ağayev arasında dava düşüb. Nəticədə Z.İsmayılov R.Ağayevə bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

Hadisədən sonra R.Ağayev xəstəxanaya aparılıb, onun həyatını xilas etmək mümkün olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z.İsmayılov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi