Bakı sakinini bıçaqla hədələyərək avtomobilini əlindən alıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 29-da saat 3 radələrində rayon ərazisində bir nəfərin “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini S.Məmmədlini bıçaqla hədələyib avtomobilini ələ keçirərək hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə tapılıb və salonundan sürücüyə məxsus mobil telefonun götürülməsi aşkar olunub. Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şərifov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.