Bakı sakininə yumruqla xəsarət yetirərək 700 manat pulunu aparan şəxslər saxlanılıblar

Bakı sakininə yumruqla xəsarət yetirərək 700 manat pulunu aparan şəxslər saxlanılıblar Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
10 Sentyabr , 2019 12:01
Bakı sakininə yumruqla xəsarət yetirərək 700 manat pulunu aparan şəxslər saxlanılıblar

Bakıda quldurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Yasamal RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi