Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda daha bir dələduzluq hadisəsi baş verib.
"Report"un məlumatına görə, paytaxt sakini, 1979-cu il təvəllüdlü Nizami Qasımov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
O, ərizəsində bildirib ki, 2016-cı ilin sentyabr ayının 19-da Ağcəbədi rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Əli Əliyev onun etibarından sui-istifadə edərək 61 min 802 ABŞ dollar pulunu alıb və indiyədək qaytarmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.