Yuxarı
    Bağlamaq

    Bakı sakininə qarşı 79 500 manatlıq dələduzluq edilib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakı sakininə qarşı 79 500 manatlıq dələduzluq edilib.

    “Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, 1965-ci il təvəllüdlü Fəxrəddin Cabbarov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında Azad adlı şəxs onun 79 min 500 manat pulunu alıb, indiyənədək qaytarmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi