Bakı sakininə qarşı 165 min dollarlıq dələduzluq edilib

Bakı sakininə qarşı 165 min dollarlıq dələduzluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
102
29 İyul , 2016 10:46
Bakı sakininə qarşı 165 min dollarlıq dələduzluq edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda 165 minlik dələduzluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 47 yaşlı Əsgər Novruzov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin may ayında 46 yaşlı Vüqar Ağayev onu aldadaraq, 165 min ABŞ dollar pulunu alıb, indiyənədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi