Bakı sakininə qarşı 150 min dollarlıq dələduzluq edilib

Bakı sakininə qarşı 150 min dollarlıq dələduzluq edilib Rövşən Əhmədov aldığı taxtanın pulunu ödəməyib
Hadisə
15 İyul , 2016 15:36
Bakı sakininə qarşı 150 min dollarlıq dələduzluq edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı sakininə qarşı 150 min dollarlıq dələduzluq edilib.

“Report” xəbər verir ki, paytaxt sakini 36 yaşlı Anar Şərifov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 1975-ci il təvəllüdlü Rövşən Əhmədov 2013-cü ilin may ayından bu ilin aprel ayınadək ondan 150 min ABŞ dolları dəyərində taxta alıb, amma pulunu indiyənədək ödəməyib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi