Bakı sakinindən tapança götürülüb

Bakı sakinindən tapança götürülüb Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib
Hadisə
517
31 İyul , 2020 12:38
Bakı sakinindən tapança götürülüb

Bakı şəhər sakinindən 1 ədəd tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovdan 4 qram metamfetamin, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Orphus sistemi