Bakı. 18 may. REPORT.AZ/ Bakı sakinindən tapança və 2 ədəd patron götürülüb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Rzayevdən “Naqan” tipli tapança və 2 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.