​Bakı sakinindən külli miqdarda narkotik maddə götürülüb

​Bakı sakinindən külli miqdarda narkotik maddə götürülüb Faktlarla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Mart , 2015 19:31
​Bakı sakinindən külli miqdarda narkotik maddə götürülüb

Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhər sakini Hüseynağa Məmmədovdan 1,8 qram marixuana götürülüb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirlərini Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşları həyata keçiriblər.

Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmış əvvəllər məhkum olunmuş Elçin Məmmədhəsənov da tutulub. Onun evinə baxış zamanı əlavə 15 kiloqram 65 qram marixuana da aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi