Bakı sakininin avtomobilindən tapança aşkarlanıb

Bakı sakininin avtomobilindən tapança aşkarlanıb Tural Haqverdiyevə məxsus avtomobilə baxış zamanı “Makarov” tipli tapança, 4 patron, cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb
Hadisə
27 May , 2016 11:13
Bakı sakininin avtomobilindən tapança aşkarlanıb

Bakı. 27 may. REPORT.AZ/ Bakı sakininin avtomobilindən tapança aşkarlanıb.  

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Haqverdiyevə məxsus “Volkswagen” markalı avtomobilə baxış zamanı nömrəsi silinən “Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi