Bakı sakini Xızıda civə satarkən tutulub - VİDEO - YENİLƏNİB

Bakı sakini Xızıda civə satarkən tutulub - VİDEO - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılılb
Hadisə
1786
18 Yanvar , 2019 13:15
Bakı sakini Xızıda civə satarkən tutulub - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** 12:19

Xızı. 18 yanvar. REPORT.AZ/ Xızı rayonunda civə satmaq istəyən şəxs tutulub.

"Report"un yerli bürosu xəbər verir ki,  Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.

Saxlanılan zaman E.Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi