Bakı sakini “Topaz”da 80 min manat uduzub

Bakı sakini “Topaz”da 80 min manat uduzub Onunla bağlı polisə şikayət edilib
Hadisə
22 Fevral , 2016 15:10
Bakı sakini “Topaz”da 80 min manat uduzub

Onunla bağlı polisə şikayət edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı sakini “Topaz”da 80 min manat uduzub. “Report”un xəbərinə görə, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.

Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi, 49Q-də yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində baş verib.

Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi