Bakı sakini sürücünü beşbarmaqla hədələyərək pulunu alıb

Bakı sakini sürücünü beşbarmaqla hədələyərək pulunu alıb Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
22 İyun , 2021 12:47
Bakı sakini sürücünü beşbarmaqla hədələyərək pulunu alıb
0 : 00
0 : 00

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Sumqayıt şəhər sakini F.Səbziyevin iyunun 21-də saat 4 radələrində idarə etdiyi “Saipa” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin onu beşbarmaqla hədələyib 75 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi