Bakı sakini Şirvanda heroinlə saxlanılıb

Bakı sakini Şirvanda heroinlə saxlanılıb Şirvan şəhərində Bakı sakinindən narkotik maddə götürülüb.
Hadisə
13 Sentyabr , 2019 11:57
Bakı sakini Şirvanda heroinlə saxlanılıb

Şirvan şəhərində Bakı sakinindən narkotik maddə götürülüb.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Belə ki, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Naim Süleymanov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi