Bakı sakini Qubada meşədə yıxılaraq ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Bakı sakini Qubada meşədə yıxılaraq ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT Quba. 26 iyul. REPORT.AZ/ Bakı sakini Quba rayonunda meşədə ölüb.
Hadisə
26 İyul , 2018 18:44
Bakı sakini Qubada meşədə yıxılaraq ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Quba. 26 iyul. REPORT.AZ/ Bakı sakini Quba rayonunda meşədə ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, əslən həmin kənddən olan, Bakı şəhər sakini, 62 yaşlı Bəxtiyar Hacıbaba oğlu Qafarov gecə saatlarında mal-qaralarını axtararkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. Yaralı vəziyyətdə gecəni meşədə qalan B.Qafarov orada dünyasını dəyişib.

Səhər saatlarında yaxınları B.Qafarovun axtarışlarına başlayıblar və onun meytini meşədə tapıblar.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.


***18:21Quba. 26 iyul. REPORT.AZ/ Quba rayonunda meşədə kişi meyiti tapılıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, meyit rayonun Güləzi kəndi ərazisindəki meşəlik ərazisində aşkar edilib. 

Hələlik şəxsiyyəti məlum olmayan kişinin bir neçə gün meşədə qaldığı bildirlir. Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi