Bakı sakini qonşusunu bıçaqlayıb

Bakı sakini qonşusunu bıçaqlayıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
14 Noyabr , 2016 16:55
Bakı sakini qonşusunu bıçaqlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda 43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesi döngə 7 ünvanında qeydə alınıb.

Orada yaşayan Rasim Şükürov qonşusu Rövşən Günəşova bıçaq xəsarəti yetirib.

 R.Günəşov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi