Bakı. 12 may. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
“Report”un məlumatına M.Cəlal küçəsi ev 37 A ünvanında 35 yaşlı Kəmaləddin Kəlbəliyev sərxoş vəziyyətdə münaqişə zəminində qonşusu Nəcim Babayevə döş qəfəsindən bıçaqla xəsarət yetirib.
N.Babayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.