Yuxarı
    Bağlamaq

    Bakı sakini qonşusuna bıçaqla xəsarət yetirib

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb

    Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı sakini qonşusunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib.

    "Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, Binə qəsəbəsində 1983-cü il təvəllüdlü Osmanov Nurlan Abbas oğlu qonşusu ilə mübahisə edib. Mübahisə zamanı qonşusu (hələlik adı açıqlanmır) N.Osmanovun boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. N.Osmanov xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi