Bakı sakini qəbristanlıqda bıçaqla hədələnib

Bakı sakini qəbristanlıqda bıçaqla hədələnib Bakı sakini qəbristanlıqda bıçaqla hədələnib.
Hadisə
23 Yanvar , 2020 12:15
Bakı sakini qəbristanlıqda bıçaqla hədələnib

Bakı sakini qəbristanlıqda bıçaqla hədələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdaərinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, olmadığını dediyindən döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi