Bakı sakini qardaşını yatdığı yerdə qətlə yetirib

Bakı sakini qardaşını yatdığı yerdə qətlə yetirib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Noyabr , 2015 12:54
Bakı sakini qardaşını yatdığı yerdə qətlə yetirib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda dəhşətli qətl hadisəsi baş verib. “Report”un xəbərinə görə, Suraxanı rayonunda qardaş qardaşı yatdığı yerdə qətlə yetirib.

Belə ki, rayonun Əmircan qəsəbəsində 40 yaşlı Ramil Muşarapov qardaşı, 34 yaşlı Renatı bıçaqla öldürüb. Hadisədən sonra R.Muşarapov polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi