Bakı sakini piyada keçidindən keçərkən ölüb

Bakı sakini piyada keçidindən keçərkən ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Oktyabr , 2016 09:27
Bakı sakini piyada keçidindən keçərkən ölüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda yolu keçən şəxs qəfildən dünyasını dəyişib.

"Report"un məlumatına görə, hadisə 20-ci sahə adlanan ərazidə qeydə alınıb.

1957-ci il təvəllüdlü Cəfərov Vəli Lətif oğlu Bibiheybət prospektində yolun bir tərəfindən digərinə keçərkən qəfildən yerə yıxılıb.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının həkimləri onun infarktdan öldüyünü müəyyən ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi