Bakı sakini özünü məftillə asaraq intihar edib

Bakı sakini özünü məftillə asaraq intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
3 Fevral , 2016 10:14
Bakı sakini özünü məftillə asaraq intihar edib

Bakı. 3 fevral. REPORT.AZ/ Bakının Qaradağ rayonunda intihar hadisəsi olub.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsi 6-cı massiv, ev 24-də baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qəniyev Zaur yaşadığı evin həyətindəki qarajda metal məftillə (tros) özünü asıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi