Bakı sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Bakı sakini özünü bıçaqlayaraq intihara cəhd edib Çoxlu qan itirən yaralı qohumları tərəfindən xəstəxanaya yerləşdirilib
Hadisə
19 May , 2017 05:00
Bakı sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Bakı. 19 may. REPORT.AZ/ Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Bayramov Şahid Səfər oğlu özünə bir neçə bıçaq xəsarəti yetirib. O, çoxlu qan itirib və qohumları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi