Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda kəndirlə boğularaq qətlə yetirilib

Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda kəndirlə boğularaq qətlə yetirilib Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.
Hadisə
3308
22 Dekabr , 2018 12:49
Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda kəndirlə boğularaq qətlə yetirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.

“Report”un məlumatına görə, rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı qadının kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosun arasında gizlədiblər.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi