Yuxarı
    Bağlamaq

    Bakı sakini naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb

    Yaralı çoxlu qan itirib© Courtesy İmage

    Bakı. 25 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    "Report"un xəbərinə görə, 1973-cü il təvəllüdlü Əhmədov Rüstəm 4-cü mikrorayon, M.Cəlal Paşayev küçəsində naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

    Çoxlu qan itirən yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb və orada əməliyyat olunub. Həkimlərin dediyinə görə, R.Əhmədovun vəziyyəti ağırdır.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsi tərəfindən hadisə yerində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi