​Bakı sakini mənzilində ölmüş vəziyyətdə tapılıb

​Bakı sakini mənzilində ölmüş vəziyyətdə tapılıb 77 yaşlı Salmanova Elzanın cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
25 May , 2016 01:48
​Bakı sakini mənzilində ölmüş vəziyyətdə tapılıb

Bakı. 25 may. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Onlar mənzilin qapısını açaraq 1939-cu il təvəllüdlü Salmanova Elza Süleyman qızının cəsədini aşkar ediblər və meyiti aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi