Yuxarı

Bakı sakini intihar edib

Faktla bağlı cinayət işi açılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan Bakı şəhər sakini Rahib Həsənov özünü evinin həyətində kəndirlə asaraq intihar edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi