Bakı sakini Füzulidə ağır qəza törətdi

Bakı sakini Füzulidə ağır qəza törətdi Füzulidə iki navtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 Avqust , 2020 00:38
Bakı sakini Füzulidə ağır qəza törətdi

Füzulidə iki navtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. 

Qəza nəticəsində Bakı sakini 1983-cü il təvəllüdlü Quliyev Cəlil Miri oğlu xəsarət alıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb. 

Müayinə zamanı ona qapalı kəllə-beyin və boyunun küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi