Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı sakini evində yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.