Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb

Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb
Hadisə
6 May , 2018 18:17
Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb

Bakı. 6 may. REPORT.AZ/ Bakı şəhərindəki mənzillərdən birində kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Jukov Vitaliy Sergeyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi