Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb

Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
18 İyul , 2018 10:17
Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda qadın qohumu tərəfindən qətlə yetirilib.

“Report”un xəbərinə görə, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Araşdırma zamanı onun qaynı oğlu 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub.

R.Hüseynov saxlanılıb.

İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində öldürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi